15 fevral 2025 14:08
123

İtaliyalı tennisçi üç ay müddətinə diskvalifikasiya olunub

Beynəlxalq Anti-Dopinq Agentliyi (WADA) hazırda dünya reytinqində birinci yerdə qərarlaşan italiyalı tennisçi Yannik Sinneri üç ay müddətinə diskvalifikasiya edib.

“İki sahil” agentliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, antidopinq qaydalarını pozan idmançının diskvalifikasiya müddəti bu il mayın 4-nə qədər davam edəcək.

Qeyd edək ki, ötən ilin martında İndian-Uellsdəki "Masters" turnirində dünya reytinqinin liderinin verdiyi dopinq testlərinin nəticəsi müsbət çıxmışdı. Lakin Beynəlxalq Tennis Dürüstlük Agentliyi (ITIA) idmançını günahsız hesab etmişdi. Bu səbəbdən WADA oktyabrda ITIA-nın qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti vermişdi.