Şahmat üzrə Azərbaycan çempionatının mükafatçıları müəyyənləşib.
“İki sahil” xəbər verir ki, yarışın son günündə tay-brek görüşləri baş tutub.
Kişilərin mübarizəsində Rauf Məmmədov Şəhriyar Məmmədyarovu üstələyərək karyerasında 6-cı dəfə Azərbaycan çempionu olub.
Qadınların yarışında Günay Məmmədzadə Gövhər Beydullayevanı məğlub edərək çempion tituluna yiyələnib. Üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova Ülviyyə Fətəliyevaya qalib gəlib.