Türkiyənin Van Böyükşəhər Bələdiyyəsinin sədri Abdullah Zeydanın "silahlı terror təşkilatına bilərəkdən və istəyərək yardım etmək" ittihamı ilə 3 il 9 ay həbs cəzası aldığı üçün vəzifəsindən azad edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Van valisi Ozan Balcının isə bələdiyyə sədrinin müavini təyin edilib.
Onun səhər saatlarında bələdiyyə binasına gəldiyi bildirilib.
Polis qrupları bələdiyyə binası ətrafında təhlükəsizlik tədbirləri alıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”