Almaniya kansleri Olaf Şolts ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Almaniya üçün Alternativ (AfD) partiyasını dəstəkləyən açıqlamalarına sərt reaksiya verib.
“İki sahil” İHA-ya istinadla xəbər verir ki, 61-ci Münhen Təhlükəsizlik Konfransında çıxış edən Şolts deyib: “AfD-nin lehinə demokratiyamıza, seçkilərimizə və demokratik rəy formalaşmasına müdaxiləni qəbul etməyəcəyik. Bu tamamilə yersizdir, xüsusən də dostlarımız və müttəfiqlərimiz arasında bunu necə davam etdirəcəyimizə qəti şəkildə qərar verəcəyik".
Xatırladaq ki, dünən ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens 61-ci Münhen Konfransındakı çıxışında Avropa liderlərini sərt şəkildə tənqid edərək, onları ifadə azadlığını pozmaqda ittiham edib. Almaniyada ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasını "uyğun siyasi tərəfdaş" olaraq dəstəklədiyini söyləyən Vens, əlavə etdi: "Demokratiya xalqın səsinin vacib olduğu müqəddəs prinsipinə əsaslanır. Bu qitədə heç bir seçici seçkiyə getmədi və milyonlarla immiqrantın qapılarını açmadı".
Almaniyada ümumi seçkilər fevralın 23-də keçiriləcək.
Məhərrəm Ağalaroğlu, “İki sahil”