Cibutinin xarici işlər naziri Mahamud Ali Youssef, Keniya və Madaqaskar nümayəndələrini qabaqlayaraq Afrika İttifaqı Komissiyasının yeni sədri olub.
“İki sahil” xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri İlyas Dauale sosial şəbəkədə məlumat verib.
Youssef 2005-ci ildən Cibutinin xarici işlər naziri vəzifəsini icra edir və daha əvvəl Cibutinin Misirdəki səfiri olub.
Afrika İttifaqı Komissiyasının sədri vəzifəsini bundan əvvəl səkkiz il boyunca Çaddan Musa Faki Mahamat tutmuşdu.