15 fevral 2025 17:38
118

Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib.

“İki sahil” xəbər verir ki, qadınların final mərhələsində 1-4-cü yerlər uğrunda yarışan "Azəryol" "Qarabağ"la üz-üzə gəlib.

"AHF Arena"da keçirilən görüş "Azəryol"un 32:21 hesablı qələbəsi ilə nəticələnib.

Kişi həndbolçuların çempionatında 5-6-cı yerlər uğrunda mübarizə aparan U-17 "Dinamo" ilə görüşüb. Qarşılaşma "Dinamo"nun 40:35 hesablı qələbəsi ilə yekunlaşıb.