Türkiyə Superliqasında 24-cü tur davam edir.
“İki sahil” xəbər verir ki, bu gün turun daha 3 matçı keçirilib.
“Sivasspor” səfərdə “Qaziantep”ə uduzub.
“Başakşehir” öz meydanında gözlənilməz məğlubiyyətlə üzləşib.
Turun mərkəzi görüşündə isə “Beşiktaş” “Trabzonspor”a qalib gəlib.
“Qaziantep” 2-1 “Sivasspor”
Qollar: Rey Manaj, 26 (0:1), Kasper Kozlovski, 32 (1:1), Arda Kızıldağ, 90+1 (2:1)
“Başakşehir” 0-1 “Bodrumspor”
Qol: George Puşkaş, 83-pen.
Qırmızı vərəqə: Jerome Opoku, 80 (“Başakşehir”)
“Beşiktaş” 2-1 “Trabzonspor”
Qollar: Simon Banza, 17 (0:1), Rafa Silva, 53 (1:1), Arseniy Bataqov, 65-avtoqol (2:1)
Bu nəticələrdən sonra “Beşiktaş” 38 xalla 5-ci, “Başakşehir” 33 xalla 7-ci, “Trabzonspor” 29 xalla 9-cu, eyni xala malik "Qaziantep” 10-cu, “Sivasspor” 23 xalla 15-ci, “Bodrumspor” isə 20 xalla 16-cı pillədə qərarlaşıb.