15 fevral 2025 17:57
121

Azərbaycan Yüksək Liqasında XI tura yekun vurulub

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XI tura yekun vurulub.

“İki sahil” xəbər verir ki, "Abşeron" səfərdə "Gəncə"nin qonağı olub.

Gəncə İdman Sarayında baş tutan qarşılaşma qonaqların 3:1 (23:25, 22:25, 25:22, 23:25) hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, qadınların Yüksək Liqasında XII turun oyunları fevralın 19-da və 22-də keçiriləcək.