Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda bu gün üçüncü oyununu keçirəcək.
“İki sahil” xəbər verir ki, U-17 B qrupundakı son görüşündə Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 14:20-də başlayacaq.
Qeyd edək ki, Azərbaycan yığması turnir çərçivəsində keçirdiyi ilk iki matçında Rusiyaya (0:3) məğlub olub, İrana (1:0) qalib gəlib.