Rusiyanın Saxalin adasında 4,1 bal gücündə zəlzələ qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti" Federal Tədqiqat Mərkəzinin Federal Dövlət Büdcə Elmi Qurumunun Seysmoloji filialı bildirib.
Məlumata əsasən, zəlzələnin ocağı 46 km dərinlikdə olub. Yeraltı təkanların episentri Malokurilskoye kəndindən 35 km şərqdə yerləşib.