19 fevral 2025 23:22
170

Rusiya Ukraynanın itkilərini açıqladı - 1092-ci gün

Rusiya müharibənin 1092-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 654 təyyarəsi, 283 helikopteri, 43 895 PUA-sı, 594 zenit-raket kompleksi, 21 519 tank və digər zirehli texnikası, 1 518 reaktiv yaylım atəş sistemi, 21 838 artilleriya və minaatanı, 31 815 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.