19 fevral 2025 18:58
165

Ermənistan milli təhlükəsizlik strategiyasını DƏYİŞİR

Ermənistanın baş naziri Nikol Paşinyan milli təhlükəsizlik strategiyasına baxılması üçün idarələrarası komissiya yaradıb.

“İki sahil” xəbər verir ki,  bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.

Yeni komissiyaya Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan rəhbərlik edəcək. Onun tərkibinə nazir müavinləri və təhlükəsizlik orqanlarının rəhbərləri, həmçinin parlamentin müdafiə və xarici əlaqələr komissiyalarının rəhbərləri daxil olacaq.

Qeyd edək ki, Paşinyan yanvarın 28-də milli təhlükəsizlik strategiyasına dəyişikliklər olacağını açıqlamışdı.

Onun fikrincə, Ermənistan getdikcə daha suveren ölkəyə çevrilir.