18 fevral 2025 13:28
184

Fərid Qayıbov bu postunu itirdi

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinə yeni üzvlər seçilib.

“İki sahil” xəbər verir ki, siyahıda gənclər və idman naziri Fərid Qayıbov yer almayıb. 

Bununla da, ötən seçkidə vitse-prezident seçilən nazir bu vəzifəsini itirib.  Onu bu postda isə güləş üzrə Olimpiya çempionu Fərid Mansurov əvəz edib. 

Qeyd edək ki, ötən dəfə vitse-prezident seçilən digər şəxslər -  Çingiz Hüseynzadə, Azər Əliyev və Zemfira Meftahətdinova yenidən bu vəzifəyə seçiliblər.