20 fevral 2025 17:08
178

Xviça Gürcüstan futbolunun tarixinə düşdü

PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya Gürcüstan futbolunun tarixinə düşüb.

“İki sahil” xəbər verir ki, o, bunu Çempionlar Liqasının pley-off mərhələsində “Brest”lə görüşdə (7:0) qol vuraraq reallaşdırıb.

Xviça Çempionlar Liqasının pley-off mərhələsində qol vuran ilk gürcü futbolçu olub. 

Qeyd edək ki, Kvaratsxeliya ötən ay "Napoli"dən PSJ-yə keçib. O, bu müddətdə Paris klubunda ümumilikdə 7 oyuna 2 qol vurub, 2 qol ötürməsi edib.