19 fevral 2025 00:15
200

ABŞ Avropadakı hərbi mövcudluğunu azaldacaqmı?

ABŞ nümayəndələri Polşa rəhbərliyini əmin ediblər ki, Vaşinqton Polşada və bütövlükdə Avropada ABŞ qoşunlarının mövcudluğunu azaltmaq niyyətində deyil.

“İki sahil” xəbər verir ki,  bunu Polşa dövlət başçısı Anjey Duda ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi elçisi Keyt Kelloqla görüşün yekunlarına dair mətbuat konfransında deyib.

“Bizi əmin ediblər ki, Avropanın bizim hissəsində aktivliyi azaltmaq və ya qoşunların sayını azaltmaq niyyəti yoxdur”, - Duda bildirib.

Polşa lideri onu da söyləyib ki, o, Ukraynada ən azı hərbi əməliyyatların dayandırılmasını gözləyir: "Fikrimcə, ABŞ Ukraynada müharibənin başa çatması məsələsində çox güclü şəkildə oyuna daxil olub. Nəticədə, həqiqətən də, ən azı hərbi əməliyyatların dayandırılacağını gözləyirəm".

Qeyd edək ki, Avropada ABŞ-nin 100 minə yaxın hərbçisi var. Onların 10 min nəfəri Polşadadır.