Türkiyə Superliqasının XXIII turunda keçiriləcək "Qalatasaray" - "Fənərbağça" oyununu idarə edəcək hakim müəyyənləşib.
“İki sahil” xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, Mərkəzi Hakimlər Komitəsi İstanbul derbisinə sloveniyalı FIFA referisi Slavko Vinçiçi təyin etməyi düşünür.
O, bu gün Çempionlar Liqasında PSV (Niderland) - "Yuventus" (İtaliya) matçını idarə edəcək. Qərar rəsmiləşsə, Vinçiç sabah İstanbula gələcək.