Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda ölkənin əksər yerlərində qar yağır.
“İki sahil” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin fevralın 21-i saat 8:00-a olan məlumatına əsasən yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 71, Qaxda (Sarıbaş) 50, Gədəbəydə 45, Şəkidə 25, Qubada 17, Şahdağ, Kəlbəcərdə 15, Lerikdə 14, Laçın, Qubadlı, Daşkəsən, Oğuzda 12, Altıağacda 11, Şamaxı, Naxçıvanda 10, Balakən, Şuşa, Şahbuz, Xaltanda 8, Xocalı, Xankəndi, Şərur, Tərtərdə 7, İmişli, Füzuli, İsmayıllı, Ağdamda 6, Zərdab, Tovuz, Qəbələdə 5, Qusar, Yardımlı, Culfa, Qobustan, Ağstafa, Göyçayda 3, Cəlilabad, Şabran, Ağsu, Naftalanda 1, Bakıda və Abşeron yarımadasında isə 7 sm-dir.
Şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənib.
Dənizdə dalğanın hündürlüyü 5.1 metrdir.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 1, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 15 dərəcəyədək şaxta qeydə alınıb.