19 fevral 2025 17:22
186

AFFA-nın aşağı liqalarının oyunları hava şəraiti ilə əlaqədar təxirə salınıb

Bütün zonalar üzrə fevralın 22-23-də keçirilməsi planlaşdırılan AFFA U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 Liqalarının oyunları təxirə salınıb.

“İki sahil” xəbər verir ki,  bu barədə milli assosiasiyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, matçların təxirə salınması ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqədardır.