19 fevral 2025 17:27
181

Yeni mövsümdə Premyer Liqaya yüksəlmək uğrunda pley-off oyunu keçiriləcək

Futbol üzrə Misli Premyer Liqasında 2025/2026-cı illər mövsümündə sonuncu yeri tutan komanda I liqaya düşəcək.

“İki sahil” xəbər verir ki, bu barədə qərar AFFA İcraiyyə Komitəsinin iclasında qəbul edilib. I Liqanın qalibi isə birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq.

Premyer Liqada 11-ci yeri və I Liqada 2-ci yeri tutan komandalar arasında neytral meydanda bir oyundan ibarət pley-off görüşü keçiriləcək. Qalib komanda Premyer Liqada iştirak hüququ əldə edəcək.