İngiltərə mərkəzli GiveMeSport saytı dünyanın ən yaxşı azarkeş qruplarına sahib 10 klubu açıqlayıb.
“İki sahil” xəbər verir ki, dünyanın ən yaxşı azarkeş qrupları siyahısında Türkiyədən Fənərbağça və Qalatasaray klubları yer alıb. Siyahıda bu iki komandanın sıralamaları arasındakı fərq də diqqət çəkib.
GiveMeSport-un tərtib etdiyi dünyanın ən yaxşı azarkeş qruplarının tam siyahısı belədir:
Legia Varşava (Polşa)
Hajduk Split (Xorvatiya)
Dinamo Zaqreb (Xorvatiya)
Qalatasaray (Türkiyə)
Milan (İtaliya)
Sparta Praqa (Çexiya)
Marsel (Fransa)
River Pleyt (Argentina)
Kızılyıldız (Serbiya)
Fənərbağça (Türkiyə)
Siyahıya əsasən, Qalatasaray Fənərbağçadan daha yüksək pillədə qərarlaşıb. Hər iki klubun azarkeşləri dünya miqyasında məşhurluqları və komandalarına sadiqlikləri ilə tanınır.