Luka Modriç daha bir mövsüm "Real"da çıxış edə bilər.
“İki sahil” xəbər verir ki, bu baradə insayder Nikola Skira məlumat yayıb.
O, Madrid klubunun 39 yaşlı yarımmüdafiəçiyə daha 1 illik müqavilə təklif etməyə hazır olduğunu bildirib. Modriçin "Real"la müqaviləsi bu ilin iyununa qədərdir. Xorvaiyalı futboloçu özü də İspaniya klubunda daha bir mövsüm oynamaq istəyir. O, DÇ-2026-dan əvvəl yaxşı formada olmaq üçün "Real"dakı çıxışını davam etdirmək niyyətindədir.
Qeyd edək ki, sentyabrın 9-da 40 yaşı tamam olacaq Modriç 2012-ci ildən "Real"da çıxış edir. O, bu mövsüm Madrid klubunda 38 oyuna 3 qol vurub, 6 qol ötürməsi edib.