23 fevral 2025 19:09
115

Təxirə salınmış “Zirə” - “Kəpəz” oyunu bu tarixdə keçiriləcək - YENİLƏNİB

PFL-in yaydığı məlumata görə, güclü qar yağışı səbəbindən təxirə salınan “Zirə” – “Kəpəz” qarşılaşmasının yeni tarixi müəyyənləşib. 

“İki sahil” xəbər verir ki, Peşəkar Futbol Liqasının qərarına əsasən matç 24 fevral tarixində Zirə İdman Kompleksində keçiriləcək. 

Qarşılaşma saat 16:00-da başlanacaq.

***

Misli Premyer Liqasının 24-cü turunun “Zirə” - “Kəpəz” matçının başlaması ləngiyir.

Zirədə meydança qara büründü

“İki sahil” xəbər verir ki, Bakıya yağan güclü qar səbəbindən Zirə qəsəbəsi stadionunun meydançası oyun üçün əlverişsiz vəziyyətə düşüb. Meydanı qar örtüb

Matç saat 17:00-da başlamalı idi. Oyunun təxirə salınması ehtimalı var.