23 fevral 2025 16:58
107

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti fevralın 24-25-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

“İki sahil” xəbər verir ki, sarı xəbərdarlığa uyğun olaraq Kəlbəcər, Laçın, Zəngilan, Yevlax, Mingəçevir, Goranboy, Naftalan, Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı, İsmayıllı, Neftçala, Salyan, Qusar, Qobustan, Lerik, Yardımlı, Astara, Lənkəran, Masallıda qərb küləyinin sürəti 13.9-20.7 m/san təşkil edəcək.