23 fevral 2025 18:38
112

Ryabkov: Rusiya və ABŞ XİN-ləri arasında görüş keçiriləcək

Rusiya və ABŞ arasında ikitərəfli münasibətlərdəki qıcıqlandırıcı faktorlarla bağlı danışıqlar gələn həftənin sonunda baş tutacaq.

İki sahil”in məlumatına görə, Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS-a bildirib ki, görüş xarici siyasət qurumlarının departament rəhbərləri səviyyəsində baş tutacaq: "Biz Amerika tərəfi ilə təmaslara açığıq, xüsusən də ikitərəfli münasibətlərdəki qıcıqlandırıcı faktorlarla bağlı. Gələn həftənin sonuna planlaşdırılan görüş baş tutanda real irəliləyişi gözləyirik".

Nazir müavini əlavə edib ki, görüş xarici siyasət qurumlarının departament müdirləri səviyyəsində baş tutacaq.

Məhərrəm Ağalaroğlu, “İki sahil”