23 fevral 2025 23:45
95

“American Airlines”ə məxsus təyyarə bomba təhlükəsi səbəbindən İtaliyaya eniş edib

ABŞ-ın Nyu-York şəhərindən Hindistanın paytaxtı Nyu-Dehliyə uçan “American Airlines” təyyarəsi bomba təhlükəsi səbəbindən İtaliyanın paytaxtı Romaya eniş etmək məcburiyyətində qalıb.

İki sahil”in “Haber Global”a istinadən verdiyi məlumatına görə, təyyarəni İtaliya Hərbi Hava Qüvvələrinə məxsus iki “Eurofighter Typhoon” qırıcısı müşayiət edib.

Hava limanı mənbələri bildiriblər ki, 200-ə yaxın sərnişini daşıyan “Boeing 787-9 Dreamliner” təyyarəsi Romanın “Leonardo da Vinçi” hava limanına enib və aviaşirkət ekipajı bomba təhlükəsi ilə bağlı xəbərdar edən zaman Xəzər dənizinin üzərində olub.

ABŞ mediası aviaşirkətin e-poçt vasitəsilə bomba hədəsi aldığını, lakin bunun yalan olduğunu bildirib.

“American Airlines”ın açıqlamasında deyilir: "Təhlükəsizlik və mühafizə bizim əsas prioritetlərimizdir və müştərilərimizə anlayışlarına görə təşəkkür edirik".

Məhərrəm Ağalaroğlu, “İki sahil”