24 fevral 2025 03:42
88

"Napoli"dən gözlənilməz məğlubiyyət, "Yuventus"dan qələbə

İtaliya A Seriyasında 26-cı turun oyunları keçirilir.

“İki sahil” xəbər verir ki, bu gün 4 oyun keçirilib.

Lider “Napoli” gözlənilmədən “Komo”ya uduzub  “Fiorentina” isə “Verona”ya məğlub olub. “Atalanta” “Empoli”yə, “Yuventus” isə “Kalyari”yə səfərdə qalib gəlib.

İtaliya A Seriyası,

26-cı tur

23 fevral

"Komo" – "Napoli" - 2:1
Qollar: Rrahmani, 7-öz qapısına. Diao, 77 – Raspadori, 17.

"Verona" – "Fiorentina" - 1:0
Qol: Bernede, 90+5.

"Empoli" – "Atalanta" - 0:5
Qollar: Qyasi, 27-öz qapısına. Reteqi, 33. Lukman, 43; 55. Zappakosta, 74.

"Kalyari" – "Yuventus" - 0:1
Qol: Vlahoviç, 12.

Turnir cədvəlinə 57 xalla "İnter" başçılıq edir. "Napoli" 56 xalla 2-ci, " Atalanta" 54 xalla 3-cü, "Yuventus" 49 xalla 4-cüdür.