23 fevral 2025 20:20
101

"Barselona" Kenan Yıldızı istəyir?

"Yuventus"un hücumçusu Kenan Yıldız karyerasını İspaniya çempionatında davam etdirə bilər. 

“İki sahil” xəbər verir ki, məlumatı "El Nacional" yayıb. 

Mənbənin məlumatına görə, "Barselona" klubu 19 yaşlı forvardın xidmətində maraqlıdır. “Qoca sinyora” futbolçusu üçün ən azı 80 milyon avro təklif ediləcəyi halda, onunla yollarını ayırmağa hazırdır. 

Türk futbolçunun Turin klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayında başa çatacaq. 

Kenan bu mövsüm 37 oyuna çıxıb, 6 qol vurub və 5 məhsuldar ötürmə edib. 

"Transfermarkt" Yıldızın bazar dəyərini 45 milyon avro qiymətləndirir.