24 fevral 2025 10:10
88

Həkimin ona verdiyi dərman onu qumara aludə edib

İngiltərədə yaşayan bir qadın 2008-ci ildə "narahat ayaq sindromu" səbəbindən həkimə müraciət edib.

İki sahil” xəbər verir ki, o, həkimin müayinəsindən sonra verdiyi dərmanlara görə qumara aludə olduğunu iddia edərək məhkəməyə müraciət edib.

Həkimin ona yazdığı reseptin "dofamin agonisti ropinirol" olduğunu deyən qadın daha sonra ona "pramipeksol" adlı başqa bir dərman yazıldığını bildirib.

Şəxsiyyəti açıqlanmayan qadın bu dərmanlardan istifadə etməyə başladıqdan sonra "obsesif kimi “Candy Crush” telefon oyunu oynamağa başladım" deyib. Dərman qəbul etməyə başladıqdan sonra qumara aludə olduğunu iddia edən qadın virtual oyun maşınlarına aludə olduğunu bildirib. Oyun pulsuz olsa da, oyunçular səviyyələri daha sürətli keçmək və ya onları daha asan tamamlamaq üçün pul ödəyə bilərlər.

Həyatının alt-üst olduğunu bildirən qadın resepti yazan ailə həkimini məhkəməyə verib. İddiadan sonra NHS günahkar bilinib. Hakim qadına normaldan iki dəfə çox dərman verildiyini deyib və həkimlərin ona mümkün yan təsirləri barədə məlumat vermədiyinə qərar verib.

NHS dəymiş ziyanı ödəməyə razı olub.

Dərmanların hər 100 xəstədən 17-də impuls nəzarəti ilə bağlı problemlərə səbəb olduğu aşkar edildikdən sonra qadına 170 min funt sterlinq təzminat verilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”