01 mart 2025 13:50
103

Rubio: Zelenski Trampdan üzr istəməlidir

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla Oval kabinetdə mübahisə etdikdən sonra üzr istəməlidir.

İki sahil” xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio CNN-ə müsahibəsində söyləyib.

Ukrayna prezidentinin debatdan sonra üzr istəməyəcəyi ilə bağlı bəyanatını dəyərləndirən Rubio hesab edir ki, Zelenski üzr istəməyə borcludur.

Rubio deyib ki, Zelenskinin seçimləri ölkəsini sülh baxımından geriyə aparır və dünən baş verənlər təəssüf doğurur.

Məhərrəm Ağalaroğlu, “İki sahil”