01 mart 2025 18:59
104

FT: Orban Aİ-ni Rusiya ilə bağlı birbaşa danışıqlara başlamağa çağırır

Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqını (Aİ) Ukraynada atəşkəslə bağlı Rusiya ilə birbaşa müzakirələrə başlamağa çağırıb.

İki sahil” xəbər verir ki, bununla bağlı “Financial Times” (FT) qəzeti Orbanın fevralın 28-də Aİ-nin rəhbəri Antonio Koştiyə göndərdiyi məktubda yazıb.

Qəzetin yazdığına görə, macar siyasətçi Brüsselin Ukrayna məsələsində Aİ-yə üzv olan 27 ölkə arasında konsensusa nail olmaq cəhdlərinin əleyhinədir.

Qəzet yazır ki, Brüssel martın 6-na planlaşdırılan növbəti Avropa İttifaqı sammitində nəticələrinə dair bəyanatlar layihəsini Aİ üzvləri arasında yaydıqdan sonra Orban Koşteyə məktub göndərib. Bu dövlətlər daha çox Ukrayna və Avropa ölkələrinə müdafiə xərclərini sürətlə artırmaqda dəstək verirlər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”