Ankaranın (Türkiyə) Akyurt rayonunda döşək fabrikində yanğın baş verib.
“İki sahil”in “TRT Haber”ə istinadən verdiyi məlumatına görə, yanğının baş vermə səbəbi bilinmir.
Bildirilib ki, fabrikdəki işçilər təxliyə edilib, yanğınsöndürmə briqadaları yanğını söndürməyə davam edir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”