01 mart 2025 22:15
145

Ərdoğan: Dəmir yumruğumuzu hər zaman hazır saxlayırıq

"Ölkə və millət olaraq gecə-gündüz əsgərləri, polisləri, jandarmaları ilə təhlükəsizliyimiz üçün çalışan qardaşlarımıza çox şey borcluyuq. Bu gün hər sahədə güclü, qüdrətli, qolları uzun olan bir Türkiyə var. Yalnız öz vətəndaşının deyil, məzlumun, zərərçəkmişin də köməyinə qaçan Türkiyə var”.

İki sahil” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan ayının ilk iftarında İstanbulda şəhid ailələri ilə görüşündə deyib.

“Uzatdığımız əlin havada qalması və ya dişlənməsi ehtimalına qarşı həmişə dəmir yumruğumuzu hazır saxlayırıq. Biz sülh və əmin-amanlıq içində yaşamağı sevdiyimiz qədər müqəddəs dəyərlərimizə, inancımıza, vətənimizə, dövlətimizə qarşı barışmazıq”, - Dövlət başçısı əlavə edib.

Türkiyənin sərhədləri daxilində və hüdudlarından kənarda terrorla mübarizədə təkcə regionun deyil, dünyanın ən güclü, bacarıqlı və davamlı ölkəsi olduğunu bildirən Ərdoğan əlavə edib ki, terrorla mübarizədə uğurlarımız göz qabağındadır. Verilən vədlərə əməl olunmasa və şərq hiyləsinə çevrilməyə cəhd edilsə, günah bizim üzərimizdə olmayacaq”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”