02 mart 2025 23:47
129

İtaliyanın Baş naziri: Qərbin parçalanma riskindən qaçmaq olduqca vacibdir

İtaliyanın Baş naziri Ciorcia Meloni “Avropanın müdafiəsi və Ukrayna” mövzusunda Londonda keçirilən sammitdən öncə Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə görüşüb və mühüm açıqlamalar verib.

“İki sahil” “Euronews”a istinadla xəbər verir ki, C.Meloni İtaliya və Böyük Britaniyanın ABŞ və Avropa arasında körpülər quraraq münasibətləri gücləndirə biləcəyini deyib. O, xüsusilə ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutan gərgin görüşdən sonra yaranan fikir ayrılıqlarına toxunub.

“Düşünürəm ki, Qərbin parçalanma riskindən qaçmaq olduqca vacibdir. Bu məsələdə Böyük Britaniya və İtaliya mühüm rol oynaya bilər. Mən ABŞ və Avropa liderləri arasında görüş keçirməyi təklif etmişəm, çünki parçalanarsaq hamımız daha zəif olarıq”, – deyən C.Meloni Qərb ölkələrinin vahid mövqedən çıxış etməsinin önəmini vurğulayıb.