03 mart 2025 00:15
138

Roma Papasının vəziyyəti stabilləşib

Roma Papası Fransiskin vəziyyəti stabildir, o, artıq süni ağciyər ventilyasiyasına ehtiyac duymur.

“İki sahil” “Vatican News”a istinadən xəbər verir ki, bu barədə Müqəddəs Taxtın mətbuat xidmətinin bəyanatında deyilib.

“Roma Papasının bu günə olan səhhəti stabil olaraq qalır. Papaya qeyri-invaziv süni ağciyər ventilyasiyası tələb olunmayıb, yalnız yüksək axınlı oksigen terapiyası tətbiq edilib”, – bəyanatda qeyd olunub.

Bununla belə, ümumi klinik vəziyyət mürəkkəb olaraq qalır.