03 mart 2025 00:08
140

Balazs Hidveqi: Avropa liderlərinin ikiüzlü bəyanatları yalnız ölümə və əzablara səbəb olub

“Reallıqla üz-üzə gəlməyin vaxtıdır: Bu müharibədə qalib gəlmək olmaz. Avropa liderlərinin ikiüzlü bəyanatları və müharibə tərəfdarı mövqeləri indiyədək yalnız ölüm və iztirablara səbəb olub”.

İki sahil”in “Magyar Nemzet”a istinadən verdiyi məlumata görə, bunu Macarıstan Nazirlər Kabineti Aparatının parlament üzrə dövlət katibi Balazs Hidveqi sosial şəbəkədəki səhifəsində yazıb.

“Siyasi razılaşma lazımdır”, - deyən Hidveqi əlavə edib: “Ağ Evdə baş verənlər göstərdi ki, (ABŞ prezidenti) Donald Trampın sayəsində biz realpolitik dünyasına qayıtmışıq”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”