Qondarma Abxaziya Respublikasında bir qrup silahl şəxs səsvermə keçirilən məntəqəyə hücum edib.
Bu barədə tanınmamış respublikanın Baş Prokurorluğunun rəsmi məlumatında deyilir.
Hadisə Bakı vaxtı ilə saat 20:30 radələrində 14 saylı “Tsandripş” seçki dairəsinin 2 saylı tam orta məktəbdə yerləşən 5 saylı seçki məntəqəsində qeydə alınıb.
Silahlıların sayının 20 nəfərə qədər olduğu təxmin edilir.
Onlar seçki komissiyasının üzvlərini zorakılıqla hədələyiblər.
“Report”