03 mart 2025 00:31
135

Türkiyədə taxıl anbarının divarı uçub

Karasu Limanında (Türkiyə) taxıl anbarının divarı uçub.

İki sahil” xəbər verir ki, liman daxilində özəl müəssisəyə məxsus taxıl anbarlarından birinin pərdə betonu çöküb. Çökmə nəticəsində tonlarla taxıl küçəyə tökülüb.

Liman qrupları yolu nəqliyyata bağlayaraq kranların köməyi ilə taxılı yığıblar.

Yığılan taxıllar maşınlara yüklənərək başqa anbara daşınıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”