02 mart 2025 00:03
162

Lavrovla Siyarto arasında telefon danışığı olub

Rusiya xarici işlər naziri Sergey Lavrov ilə Macarıstanın XİN başçısı Peter Siyarto arasında telefon danışığı olub.

İki sahil” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Lavrov və Siyarto arasında telefon danışığı Macarıstan tərəfinin təşəbbüsü ilə baş tutub.

"Siyarto Kiyev administrasiyasının "Türk axını" təbii qaz kəmərinin infrastrukturuna terror hücumuna cəhdlə bağlı qiymətləndirməsini eşitmək istəyib. Lavrov lazımi məlumatları verib", - məlumatda deyilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”