02 mart 2025 15:51
144

Futbol oyununda helikopter fasiləsi - Stadiona helikopter endi

Türkiyədə futbol oyunu zamanı stadiona helikopter eniş edib.

İki sahil”in “Haber Global”a istinadən verdiyi məlumatına görə, maraqlı hadisə Sivasın Zara rayonunda – həvəskar liqasının ouini zamanı baş verib.

Belə ki, "Zaraspor" FK ilə "Şarkışla Belediye Spor" arasında keçirilən müsabiqəsinin 23-cü dəqiqəsində hakim oyunu dayandırıb. Oyunçular və hakimlər meydanın kənarına çıxıblar.

Azarkeşlər matçın ləğv olunduğunu düşünərkən, təcili tibbi yardım helikopteri meydana enib.

Mədə qanamasından əziyyət çəkən xəstəni aparan təcili tibbi yardım helikopteri yenidən havaya qalxaraq Sivasa gedib.

Qarşılaşma təxminən 7 dəqiqəlik fasilədən sonra davam edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”