02 mart 2025 16:16
137

İsrail HHQ Qəzza zolağının şimal hissəsinə zərbə endirib

İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının şimal hissəsinə zərbə endirib.

“İki sahil” xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidmətindən bildirilib. 

"Bu gün səhər saatlarında bir neçə şübhəli şəxs Qəzzanın şimalında İsrail hərbçilərinin yaxınlığında əməliyyat keçirib və onların ərazidə partlayıcı qurğu yerləşdirdiyi müşahidə edilib. Bu təhlükəni aradan qaldırmaq üçün İsrail Hərbi Hava Qüvvələri şübhəli şəxslərə hücum edib", - məlumatda qeyd olunub. 

Bundan əvvəl İsrail Ordusunun Qəzza zolağına humanitar yardımın daşınmasına mane olduğu və bütün keçid məntəqələrini bağladığı bildirilmişdi. İsrailin Baş naziri Benyamin Netanyahunun ofisindən verilən açıqlamaya görə, bu, Fələstinin HƏMAS hərəkatının ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffun danışıqları davam etdirmək planınından imtinası ilə əlaqədardır. İsrail atəşkəsin bir həftə uzadılması müqabilində 5 girovun azad olunmasını və 10 meyitin təhvil verilməsini tələb edib, HƏMAS isə bunu rədd edib.