03 mart 2025 08:12
103

Ukraynalı ekspert: Nadir torpaq metallarının işlənməsi Ukrayna və ABŞ-ın marağındadır

“Nadir torpaq metallarının işlənməsi həm Ukrayna, həm də Amerika Birləşmiş Ştatları üçün dividentlər gətirərdi. Bu sövdələşmə hər iki tərəfin marağındadır”.

“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında ukraynalı Aleksandr Kovalenko söyləyib.

Ukraynalı ekspert hesab edir ki, Ağ evdə baş verən hal ABŞ və Ukrayna arasında böhran deyil. Bu, çox güman ki, ABŞ Prezidenti Donald Trampın Ukraynanın dövlət başçısı Volodimir Zelenskiyə olan münasibətidir.

Aleksandr Kovalenko bildirib ki, ABŞ nadir torpaq metallarını əldə etməklə Çinə qarşı iqtisadi mübarizədə üstünlük qazanar.

Rəsmi Vaşinqton Ukrayna ilə dialoqun yenidən bərpasına çalışacaq.

“Bu gün Trampın əsas niyyəti Çinlə iqtisadi müharibədə udmaqdır. Bunun üçün isə ABŞ-ın qiymətli torpaq metallarına sahib çıxması önəmlidir. Ona görə də ABŞ Ukraynasız Çinə qarşı iqtisadi mübarizə apara bilməyəcək. Bir müddətdən sonra ABŞ yenidən Ukrayna ilə münasibətlərə baxacaq”, - deyə ukraynalı ekspert əlavə edib.