"ABŞ və Böyük Britaniya arasındakı əlaqələr dünyanın hər hansı iki ölkəsi arasında ən yaxındır. Müdafiəmiz, təhlükəsizliyimiz, kəşfiyyatımız dünyanın heç bir yerində olmadığı qədər bir-birinə bağlıdır".
“İki sahil” xəbər verir ki, bunu İngiltərə Baş naziri Kir Starmer BBC-yə müsahibəsində deyib.
Starmer son vaxtlar ictimaiyyət arasında ABŞ-Böyük Britaniya münasibətləri ilə bağlı "narahatlıq" olduğunu etiraf edib və bir çox insanın ona "Avropa və ya ABŞ arasında seçim etməli olduğunu" dediyini qeyd edib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”