03 mart 2025 15:08
113

Novruz bayramında Almatı-Bakı marşrutu üzrə əlavə reys həyata keçiriləcək

Qazaxıstanın “Air Astana” aviaşirkəti martın ikinci yarısında Novruz bayramı zamanı aviadaşımalara tələbin artması ilə əlaqədar Almatı-Bakı marşrutu üzrə əlavə reys həyata keçirəcək.

“İki sahil” bu barədəQazaxıstan Nəqliyyat Nazirliyinin Mülki Aviasiya Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir.

Məlumata görə, 2025-ci il martın 16-dan 30-dək Qazaxıstan şirkətləri əlavə olaraq 120 uçuş həyata keçirməyi planlaşdırır: “Air Astana” 55, “FlyArystan” 33, SCAT isə 32 əlavə reys yerinə yetirəcək.