03 mart 2025 15:15
112

Binaların izolyasiyasızlığı nəticəsində çox ciddi enerji itiririk

Azərbaycanda binaların izolyasiyasızlığı nəticəsində çox ciddi enerji itiririk.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə energetika nazirinin müavini Elnur Soltanov deyib.

“Bizdə bina strukturları SSRİ texnologiyalarından qalıb, izolyasiyasızlıq var. İzolyasiyasızlıq nəticəsində çox ciddi enerji itiririk: “Bizim COP-da əsas müzakirəmiz bundan ibarət idi ki, necə edək ki, həm səmərəliliyə nail olaq, həm tullantıları azaldaq, həm də iqtisadiyyata zərər vurmayaq. Azərbaycan adambaşına düşən dekarbonaziyasiya görə Avropa ilə eyni səviyyədədir, Avropadan səmərəliliyə görə geri qalırıq. Biz Qarabağda binaların xüsusi rejimlə isidilməsinə nail olmaqla tikilməsinə çalışırıq. İqlim dəyişmələri nöqteyi-nəzərindən mövqeyimiz inkişaf etmiş ölkələrdən fərqlidir. Bizim kimi ölkələr iqtisadi rentabelli hissəyə qədər bir sıra işləri həyata keçirməlidir. Çünki bizim kimi ölkələr zərər vermir”, - deyə nazir müavini bildirib.