Çin yanvarın 5-də Sincan-Uyğur Muxtar Bölgəsinin Tarim hövzəsində 10910 metr dərinlikdə ilk ultra dərin elmi kəşfiyyat quyusunu qazaraq Asiyanın ən dərin və dünyanın ikinci ən dərin şaquli quyusu kimi rekorda imza atıb.
Səthdən 10 min metr aşağıda quyu divarları qarışqa yuvasını xatırladıb. Quyu yuxarıdan aşağıya ümumilikdə 350 metrik tondan artıq çəkisi olan 1130-dan çox qazma borusu ilə birləşdirilib. 10000 metrdə bu borular “əriştə” kimi kövrək ola bilər və qırılma riski yüksəkdir. Bu çətinliklər qarşısında Çin öz gücünə güvənərək "Shenditake 1" quyusunda 10000 metr məsafəni uğurla keçərək yeni rekorda imza atıb. Təbii qaz 10851 ilə 10910 metr arasında aşkar edilib, neft və ya qaz yarada bilən yüksək keyfiyyətli mənbə süxurları ilə ultra dərin təbəqələrdə tapılıb.
Qeyd edək, neft və qaz ehtiyatları ilə zəngin olan Tarım hövzəsi dünya səviyyəli problemlərlə üzləşən, əsasən dərin və ultra dərin ehtiyatların kəşfiyyatına yönəlmiş dünyanın yeganə əsas hövzəsidir.
Bu gün Çinin dərin torpaqda elmi-texnoloji strategiyasının əsas qüvvəsi kimi Tarim neft mədənində 8000 metrdən çox dərinlikdə 191 quyu uğurla qazıb, illik ultra dərin neft və qaz hasilatı 20,47 milyon metrik ton təşkil edərək onu ölkənin ən böyük ultra dərin neft və qaz hasilatı bazasına çevirib.
Nubar Süleymanova, “İki sahil”