03 mart 2025 23:34
92

Biz Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üzərində işləyirik - Ərdoğan

Biz Cənubi Qafqazda sabitliyin təmin edilməsi üçün səylərimizi davam etdiririk, Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması prosesini davam etdirir.

“İki sahil” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu günki iftar proqramında deyib.

“Biz Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üzərində işləyirik”, - Ərdoğan bildirib.