"Neftçi" futbolçusu Bassalu Sambu ilə bağlı AFFA İntizam Komitəsinin qərarından narazıdır.
“İki sahil” xəbər verir ki, bu barədə "Report"a "ağ-qaralar"ın mətbuat katibi Asəf Zeynallı məlumat verib.
O, məsələ ilə bağlı klub daxilində məsləhətləşmələrin getdiyini bildirib:
"Hansısa qərar qəbul olunsa, bu barədə məlumat veriləcək".
Qeyd edək ki, Bassalu Sambu "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda qırmızı vərəqə aldığı üçün iki oyunluq cəzalanıb. "Ağ-qaralar" isə 1500 manat cərimələnb.