Amerika lideri Donald Tramp bir sıra ölkələrin vətəndaşlarının ABŞ-yə girişini qadağan etməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Tramp administrasiyası ölkələrin qırmızı siyahısını tərtib etmək üzərində işləyir. Siyahıya çox güman ki, Trampın ilk dövründə vətəndaşlarının ABŞ-yə girişi qadağan edilmiş ölkələr də daxil olacaq. Onların arasında Venesuela, İran, Yəmən, Şimali Koreya, Kuba, Liviya, Suriya, Somali və Sudanın adı çəkilir. Bundan başqa, vətəndaşlarının “ABŞ-yə girişi qəti qadağan olunacaq” ölkələrin siyahısına Əfqanıstan da əlavə oluna bilər.
Qırmızı siyahı ilə yanaşı, ölkələrin narıncı siyahısı da təqdim ediləcək. Vətəndaşlarının ABŞ-yə girişi müəyyən viza növləri və daha qısa qalma müddətləri ilə məhdudlaşdırılacaq.