“Dəyişkən dünyada Çin-Rusiya əlaqələri yetkin, davamlı və sabit qalacaq”.
“İki sahil” xəbər verir ki, bu fikri Çinin xarici işlər naziri Van İ martın 7-də Pekində keçirdiyi mətbuat konfransında Rusiya ilə ABŞ arasında danışıqların Çin-Rusiya münasibətlərinə mümkün təsiri barədə sualı cavablandırarkən deyib.
Çinin xarici siyasət idarəsinin rəhbəri beynəlxalq vəziyyətdən asılı olmayaraq, Çin ilə Rusiya arasındakı tarixi dostluğun sarsılmaz qaldığını bildirib. “Tarixi təcrübəyə əsaslanaraq, biz əbədi mehriban qonşu və dost olmağa, hərtərəfli strateji qarşılıqlı fəaliyyəti və qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyə qərar vermişik. Çünki bu, iki ölkə xalqlarının fundamental maraqlarına və zamanın trendlərinə cavab verir”, - deyə nazir bildirib.
Van İ əlavə edib ki, Çin və Rusiya qoşulmama, qarşıdurmama və üçüncü tərəflərə qarşı yönəlməmək ruhunda düzgün yol tapıb. Bu, böyük dövlətlər arasında yeni münasibətlərin və qonşu ölkələr arasında qarşılıqlı əlaqələrin qurulmasında parlaq nümunədir.
“Yetkin, davamlı və sabit Çin-Rusiya münasibətləri ətrafımızda baş verənlərdən asılı olmayaraq, xarici amillərin təsirinə məruz qalmayan, həm beynəlxalq turbulentlik, həm də geosiyasi oyunların sınağından çıxmış qeyri-konyunktur xarakter daşıyır”, - deyən Çinin baş diplomatı bildirib.
Nazir ötən il dövlət başçılarının 3 dəfə görüşdüklərini, liderlərin rəhbərliyi sayəsində hərtərəfli tərəfdaşlığın və strateji qarşılıqlı münasibətlərin yeni tarixi mərhələyə qədəm qoyduğunu bildirib.