Suriya Silahlı Qüvvələrinin ölkənin yeni hakimiyyətinə tabe olan bölmələri Latakiya və Tartus vilayətlərinin mərkəzi rayonlarını tutub.
“İki sahil” xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, hərbçilər keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarlarının axtarışını davam etdirirlər.